DÜNYA ÖZ XƏBƏR

"Bomj" başına qutu bağlama qoyub mağazaya oğurluğa girdi - VİDEO

ABŞ-ın Florida ştatında maraqlı oğurluq hadisəsi baş verib.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, evsiz olduğu deyilən 33 yaşlı Klod Vinsent Qriffin Mayami-Qardensdəki supermarketi başına qutu bağlama ilə qarət edib.

Qriffin mobil telefonun rəfindəki şüşəni sındırıb və cəld telefonları bel çantasına qoyub.

Lakin çaş-baş qalan oğru oğurladığı məhsulları görmək üçün bir anlıq başındakı bağlamanı çıxaranda kimliyini üzə çıxarıb. 

Təhlükəsizlik kamerasına əks olunan görüntülərdən şəxsiyyəti müəyyən edilən Qriffin bazara yaxın bir ərazidə oğurluqdan təxminən 10 saat sonra polis tərəfindən saxlanılıb. 

Polisdən verilən açıqlamada, Qriffin 30 min dollarlıq məhsul oğurladığı bildirilib.

Qrifinin oğurluq, cinayətkar davranışlar, narkotik maddədən istifadə və polisə müqavimət kimi 11 fərqli cinayətdən mühakimə olunacağı bildirilib.

Ayxan 

Oxşar Xəbərlər