DÜNYA ÖZ XƏBƏR

Küçədə dəhşətli olay: Qadının boğazından tutub... - VİDEO

Əskişəhərdə qadına qarşı edilən zorakılıq hadisəsi hər kəsi dəhşətə gətirib.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, küçədə bir kişi mübahisə etdiyi qadını iş yerlərinin birinin pəncərəsinə sıxıb əlindəki sellofan paketi almağa çalışıb.  

Kişi ona müqavimət göstərən qadını vurub, daha sonra əlindəki sellofan paketi götürərək ərazidən uzaqlaşıb.Hadisədən şoka düşən qadın bir müddət göz yaşı tökdükdən sonra hadisə yerini tərk edib.

Ətrafdakıların məlumatı ilə əraziyə polis əməkdaları  gəlib.

Polislər ətrafda apardıqları axtarışda kişi və qadını tapa bilməyib. Onların bir-birini tanıdıqları güman edilir.

Qadın və kişilərin kimliyini müəyyən etmək üçün işləri davam etdirilir.

Ayxan 

08754de2c2a7a885c5dd6310ec93a6ab

3582887e338e6b1ba2722ec69e4deb78

Oxşar Xəbərlər