Cinsiyyət dəyidirərək qadın olan Cessika Alves indi Cennifer Lopezə bənzəmək üçün keçirdiyi əməliyyat və xərclədiyi pulla sosial mediada viral olub.
32gun.az xarici KİV-ə istinadən bildirir ki, Donatella Versace tərəfindən hazırlanmış və 42-ci Qremmi Mükafatlarında geyindiyi Cennifer Lopezin geyiminin kopyasını alan braziliyalı televiziya ulduzu Alves daha sonra Cennifer Lopezin həmin obrazına bənzəmək üçün 100 əməliyyat keçirib. Əməliyyatların dəyərinin 1 milyon dollar olduğu açıqlayıb.
Cessika Alves barədə məlumatda bildirilir ki, hər zaman Barbi kuklalarına böyük məftunluq hissi keçirib. Cessika Alves əvvəllər "Ken Doll" kimi tanınıb.
Sonradan cinsiyyət dəyişdirmə əməliyyatı ilə yanaşı, Alves bu dəfə Barbiyə bənzəmək üçün müxtəlif əməliyyatlar keçirib.
Bu dəfə onun bənzəmək üçün seçimi Cennifer Lopez oolub.
Nilay

:max_bytes(150000):strip_icc():focal(999x0:1001x2)/rodrigo-alves-human-ken-doll-257f6f89bfa94709820104fcd9025be6.jpg)