DÜNYA ÖZ XƏBƏR

Oyun Parkında PARTLAYIŞ: 22 uşaq həyatını itirdi

Somalidə oyun parkında raket partlaması nəticəsində 22 uşaq dünyasını dəyişib.

32gun.az  xəbər  verir ki, bu barədə Aşağı Şabel bölgəsinin numayəndəsi  İbrahim Malabou mətbuata açıqlamasında bildirib. 

 O həmçinin 22 nəfərin ölümü ilə nəticələnən hadisədə 3 uşağın da yaralandığını yaralandığını açıqlayıb.

"Əl-Şəbab" terror təşkilatını günahlandıran Malabou, ölən uşaqlardan 16-nın oğlan, 6-nın isə qız olduğunu bildirib.

Hadisənin baş verdiyi əraziyə nəzarət edən "Əl-Şəbab" partlayışın Afrika İttifaqının Somalidəki keçid missiyasının atdığı əl qumbarası nəticəsində baş verdiyini iddia edib.

Aysel Şirinov

Oxşar Xəbərlər