DÜNYA ÖZ XƏBƏR

Kəndlilər arasındakı münaqişə güllələnmə ilə nəticələndi

 Kəndlilər arasında baş verən mübahisə güllələnmə ilə nəticələnib. 

32gun.az xəbər verir ki hadisə Türkiyənin Sivas adlanan ərazisində baş verib.

Kartof sahəsində yaranan münaqişədə kəndlilərdən biri digərini tapança ilə vurub. Həmin anlar isə kənddəki təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.

Xoşbəxtlikdən kəndlinin həyatını xilas etmək mümkün olub. 

Belə ki  kənd bələdiyyəsi hadisə yerində olub və yaralını xəstəxanaya  çatdırıb. Hadisəni törədən kəndli isə ərazidən qaçıb. 

 Qaçan şəxsin tutulması barədə axtarışlar davam etdirilir.

Oxşar Xəbərlər