HADİSƏ
Siyəzəndə yaşayış binasında partlayış - Xəsarət alanlar var
“32gun.az” xəbər verir ki, hadisə 51 saylı binada yerləşən mənzillərin birində qeydə alınıb.
İlkin məlumata görə, hadisə zamanı 3 nəfər xəsarət alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının və təcili tibbi yardım xidmətinin əməkdaşları cəlb olunub. Əhali binadan təxliyə olunub.
Partlayışa qaz sızmasının səbəb olduğu ehtimal edilir