SİYASƏT

Putin Üçüncü Dünya Müharibəsindən danışdı

“Üçüncü Dünya Müharibəsi baş verərsə, qalib olmayacaq”.

32gun.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin hərbi jurnalistlərlə görüşü zamanı deyib.

“Üçüncü Dünya Müharibəsi baş verərsə, qalib olmayacaq. O cümlədən ABŞ-nin simasında da qalib olmayacaq. Birləşmiş Ştatlar Ukraynada münaqişənin kəskinləşməsindən qorxmadığını iddia edir. Lakin oradakı sağlam düşüncəli insanlar işi Üçüncü Dünya Müharibəsinə aparmaq istəmirlər”, - deyə Putin bildirib.

 

Oxşar Xəbərlər