İDMAN ÖZ XƏBƏR

"Son illərdə dünya Rusiya futbolunu unudub" - Qoykoviç

Hazırda Bosniyanın “Sarayevo” klubunda çıxış edən, əvvəllər Rusiyanın “Orenburq” komandasında oynamış Renato Qoykoviç son illər beynəlxalq arenada rus futboluna marağın ciddi şəkildə azaldığını bildirib.

32gun.az yazır ki, onun açıqlamasını “RB Sport” nəşri yayıb.
Qoykoviçin sözlərinə görə, Bosniyada Rusiya çempionatı demək olar ki, izlənilmir. Buna əsas səbəb rus klublarının Avropa kuboklarında iştirak etməməsidir:
“Bosniyada Rusiya çempionatını izləmirlər, çünki klublar avrokuboklarda çıxış etmir. Əvvəllər dünyada Rusiya komandaları haqqında daha çox məlumat vardı, amma son 3–4 ildə, düzü, hamı rus futbolunu unudub,” — deyə futbolçu qeyd edib.
Xatırladaq ki, 2022-ci ilin fevralında Beynəlxalq Futbol Federasiyası (FİFA) və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Rusiya milli komandasını və ölkə klublarını öz bayraqları altında keçirilən bütün turnirlərdən kənarlaşdırıb. Nəticədə Rusiya klubları Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında iştirak hüququnu itirib.
Bundan əlavə, Rusiya yığması 2022-ci il dünya çempionatına vəsiqə qazana bilməyib, futbolçular Avro-2024 turnirini buraxıblar və milli komanda 2026-cı il dünya çempionatının püşkatmasına da buraxılmayıb.

Ayaz 

Oxşar Xəbərlər