Türkiyənin məşhur bilik yarışması "Kim milyoner olmak ister" proqramında Azərbaycanla bağlı verilən sual diqqət çəkib.
32gun.az xəbər verir ki, verilişin aparıcısı Kənan İmirzalıoğlu iştirakçıya "Türkiyə Xarici İşlər Nazirliyinin ölkə adları və identifikasiya siyahısına görə hansı ifadə doğru deyil?" sualını səsləndirib.
Verilən variantlar içərisində "Azərbaycan millətindən olan azəridir" düzgün cavab kimi qiymətləndirilirb.
Həmin sual sosial mediyada azərbaycanlı istifadəçilərin təqdirinə və marağına səbəb olub.
Aysel Şirinova