Türkiyəli Təhsil Naziri Yusuf Tekin canlı yayın zamanı verdiyi açıqlamalarıyla gündəm yaradıb.
32gun.az xəbər verir ki, Nazir bir çox ailələrin qız övladlarını məktəbə göndərməmələrindən danışıb. Həmin ailələrlə söhbət zamanı məlum olub ki, onlar qız övladlarının oğlanlarla birgə təhsil almalarından narazıdırlar.
Belə olan halda Nazir "Təhsil Naziri olaraq mənim birinci hədəfim qız uşaqlarının məktəblərə davamiyyətini təmin etməkdir. Əgər valideynləri razı salmaq üçün qız məktəbləri açmaq lazımdırsa biz bunu etməliyik" deyə bildirib.
Aysel Şirinova