SOSIAL ÖZ XƏBƏR

Elşad Vəliyevin 121 min manatlıq şirkəti məhkəməlik oldu

"YEVLAX-QİDA" MMC Azərbaycan Respublikası məhkəməyə verilib.

32gun.az-ın məlumatına görə, şirkətlə bağlı İqtisadiyyat Nazirliyi yanında 11 saylı Ərazi Vergilər Baş İdarəsi Şəki İnzibati Məhkəməsinə müraciət edib. 

Məhkəmə işinin mahiyyəti İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - vergi məsələləri üzrədir. 

Bildirək ki,nizamnamə kapitalı 121264.02  AZN olan "YEVLAX-QİDA" MMC-nin qanuni təmsilçi ELŞAD VƏLİYEV ŞAHLAR OĞLUdur. Şirkət 30.06.2000-ci il tarixində dövlət qeydiyyatına alınıb.

Əldə etdiyimiz məlumata görə, hazırda vergi borcu "YEVLAX-QİDA" MMC-nin 8542.04 AZN-dir. 

Qeyd edək ki, Vəliyev Elşad Şahlar oğlu İctimai-siyasi və humanitar məsələlər şöbəsinin başməsləhəçisi olub. 

Ayxan 

Oxşar Xəbərlər