Norveç Hollandiya və Danimarkadan sonra Ukraynaya döyüş təyyarəsi göndərmək qərarına gəlib.
32gun.az-ın xəbərinə görə Norveç mediası NRK və TV2-nin verdiyi məlumatda Norveçin Ukraynaya F-16 döyüş təyyarələri göndərəcəyi bildirilib.
Mövzu ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Digər tərəfdən, Norveçin baş naziri Jonas Gahr Storenin Ukraynaya rəsmi səfəri olacağı deyilib.
Aysel Şirinova