Asiya aviaşirkəti uçuşdan əvvəl təyyarəyə daxil olan sərnişinlərin çəkilərini ölçəcək.
32gun.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə avqustun 28-dən sentyabrın 6-dək Seulun Gimpo hava limanında yerli sərnişinlər üçün, 8-19 sentyabr tarixlərində isə beynəlxalq sərnişinlər üçün İnçon hava limanında tərəzilər quraşdırılacaq.
Məlumata əsasən aviaşirkət hər bir sərnişinin çəkisini və əl baqajını qeyd edəcək daha sonra bu qeydlər ölkənin Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyinə göndəriləcək.
Nazirlik bu məlumatlardan tipik bir sərnişinin orta çəkisini hesablamaq üçün istifadə edəcək. Məlumatlar oturacaq yerləri və təyyarənin nə qədər əlavə yanacaq daşımalı olduğu qaydaları hazırlamaq üçün istifadə olunacaq.
Aysel Şirinova