Alman turistlər 460 illik tarixi abidəni futbolla bağlı qraffiti ilə məhv ediblər.
32gun.az xəbər verir ki, bu barədə İtalyan mediası məlumat yayıb.
Məlumata əsasən Florensiyada Vasari dəhlizinin yeddi tağında Münhen FK-ya istinad edən "DKS 1860" yazısı görülüb. Şübhəlilər polisin basqın etməsi nəticəsində ərazidə iki qutu sprey boya və boya ilə ləkələnmiş paltar tapdıqdan sonra tutulub.
Məlum olub ki, hadisəni 20, 21 yaşlı gənclər 9 nəfərlə birgə törədiblər.
Araşdırmalara başlanılıb.
Aysel Şirinova