Məşhur müğənni Demet Akalının içərisində olduğu qayıq dünən gecə saatlarında qəza edib.
32gun.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə qayıq estakadaya çırpılıb. Qəzada ölümdən dönən Akalın, birdən-birə batmağa başladıqlarını və saniyələr içində xilas olduqlarını bildirib.
İnstaqram hesabında paylaşım edən müğənni, "Yaxşıyıq, qayıqla gəlmək istəyərkən çox böyük qəzaya düşdük. Alnım şişib" deyib. Akalın daha sonra bir video yayımlayaraq yaşadığı qorxulu anlardan danışıb.
Həmin görüntüləri təqdim edirik.
Aysel Şirinova