“Nimfoman”, “Dəccal”, “Qaranlıqda rəqs”, “Doqma 95” kimi filmlərin danimarkalı rejissoru Lars fon Trier instaqramda etdiyi paylaşımla tənqid hədəfinə çevrilib.
32gun.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə rejissor paylaşımında Zelenskiyə və Putinə müraciət edərək "Rusların da həyatı önəmlidir" deyib.
67 yaşlı rejissor F-16-ları Ukraynaya göndərmək qərarına görə Danimarkanın baş naziri Mette Frederikseni də tənqid edib.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Oleksiy Danilov rejissorun paylaşımına X hesabında paylaşım edərək, "Müharibə aktyorların oynadığı film deyil. Hər yaşayan rus terrorçusunun arxasında bir ölü ukraynalı var" deyə reaksiya verib.
Tənqidlərdən sonra Trier, "Ukraynanı bütün qəlbimlə dəstəkləyirəm. Sadəcə açıq-aydın bir şeyi dedim: Bu dünyada bütün həyatlar vacibdir!" deyə paylaşım edib.
Qeyd edək ki, rejissor 2011-ci ildə Kann Film Festivalında mətbuat konfransında "Mən Hitleri başa düşürəm" deməsi də mübahisə yaratmışdı. Festivaldan qovulan rejissor daha sonra üzr istəmişdi.
Aysel Şirinova