DÜNYA ÖZ XƏBƏR

"Ağlayan uşaq" tablosunun naməlum hekayəsi

Dünyaca məşhur İtalyan rəssam  Bruno Amadionun Çiko adlı "Ağlayan Uşaq" əsəri haqqında maraqlı hekayə ortaya çıxıb.

32gun.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə tablonun "lənətlənmiş" olduğu barədə iddialar yayılıb. 

İngilis mətbuatı  bu vəziyyəti İngiltərədəki yanğınla əlaqələndirib. “The Sun” qəzetinin dərc etdiyi xəbərə görə, yanğınsöndürən yanğın baş vermiş evdəki bütün əşyaların kül olduğunu, lakin bu tabloya heç bir ziyan dəymədiyini bildirib. 

Sonrakı dövrlərdə yanğınsöndürənlər “Ağlayan uşaq” tablosunun evlərində olmasına qəti qarşı çıxıblar.  Lakin yanğına səbəb olan əsas vəziyyət elektrik sobalarının pərdəyə və ya çarpayıya yaxın olması olub.
İşlər daha da ciddiləşəndə ​​bütün tablo geri göndərilib və yandırılıb. Daha sonra minlərlə insan qəzetə zəng edərək gecə saatlarında şəkildən ağlama səslərinin gəldiyinə dair müxtəlif iddialar səsləndirib.

Yanğınsöndürənlər sonradan yanğınların əsl səbəbini açıqlasalar da, Britaniya qəzetinin yaydığı şayə artıq cəmiyyətin şüuruna həkk edilmişdi.

Aysel Şirinova

 

 

Oxşar Xəbərlər