DÜNYA ÖZ XƏBƏR

Yola qaçan topun arxasınca qaçdı, avtobusun altında qaldı - DƏHŞƏTLİ HADİSƏ

Türkiyənin Kırıkkale-Kırşehir avtomobil yolunda dəhşətli hadisə baş verib.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, B.E adlı 9 yaşlı uşaq dostları ilə futbol oynayarkən yola diyirlənən topun arxasınca düşüb.

Bu vaxt yoldan keçən sərnişin avtobusu B.E-ni vurub. Qəzada B.E ağır yaralanıb, hadis yerinə səhiyyə əməkdaşları və polislər  sövq edilib. 

Yaralı uşaq sağlamlıq qruplarının ilk müdaxiləsinin ardından xəstəxanaa aparılıb. Vəziyyəti ağır olan talehsiz uşaq Xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.  

Avtobus sürücüsü nəzarətə alınarkən, qəza ilə bağlı istintaq başladılıb.

Ayxan

Oxşar Xəbərlər