Oğrular ianə qutusundan pul oğurlamaq üçün ölkənin ən çətin dağ yollarından birinə çıxıblar.
32gun.az xəbər verir ki, hadisə İsveçrədə baş verib.
Məlumata əsəsən bildirilib ki, alpinistlərin ianə verməsi üçün Dauberhorn dağında yerləşdirilən metal qutu sınıb və içindəki pul oğurlanıb. Dağa nəzarət edənlər oğruların yalnız ən təcrübəli alpinistlərin qalxa bildiyi 5-ci səviyyəli çətinlik marşrutunu keçmək üçün kifayət qədər peşəkar olduqlarını və qutunu sındırmaq üçün alətlər apardıqlarını da qeyd ediblər.
İanə qutusundakı pulun təxminən 500 İsveçrə frankı (təxminən 15 min TL) olduğu bildirilib.
Aysel Şirinova