DÜNYA ÖZ XƏBƏR

Bu ölkədə iğtişaş - Pulemyotlardan atəş açıldı

Hataidə kilsə camaatı zorakılıq hallarına etiraz məqsədilə paytaxt Port-o-Prens küçələrində aksiya keçiriblər.

32gun.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə şənbə günü baş verən hadisədə polisin pulemyotla müdaxiləsi nəticəsində azı 7 nəfər vəfat edib.

Haiti İnsan Haqları Tədqiqat və Təhlil Mərkəzinin direktoru Gédéon Jean internetdə canlı izlədiyi nümayiş zamanı baş verənlərə görə Ədliyyə Nazirliyini araşdırmağa çağırıb.

O, yürüşü təşkil edən keşiş Markonu məsuliyyətsizlikdə ittiham etdikdən sonra "Polis onların ora getməsinə mane olmalı idi. Dövlətin belə bir şeyə icazə verməsi çox dəhşətlidir" deyib.

Aysel Şirinova

Oxşar Xəbərlər