DÜNYA ÖZ XƏBƏR

50 yaşdan əvvəl xoruldayanalar DİQQƏT! İnsult və ürək xəstəliyi riskini artırır

Gecələr xoruldayan gənc insanların yaşlandıqca insult və ürək xəstəliyinə tutulma riskinin əhəmiyyətli dərəcədə yüksək olduğu barədə xəbərdarlıq edilib.

32gun.az xəbər verir ki, bu barədə ABŞ-li mütəxəssislər məlumat yayıblar.

Onların sözlərinə görə 50 yaşdan aşağı böyüklərdə xoruldama "təhlükə əlaməti" kimi qəbul edilməlidir. Mütəxəsislərin araşdırmaları  xoruldayan gənclərin orta yaşa qədər insult keçirmə ehtimalının yüzdə 60, ürək ritminin pozulma riskinin isə 5 qat daha çox olduğunu ortaya qoyub.

Sözügedən yaş aralığındakı insanlarda, həmçinin ürəyin nizamsız və tez-tez anormal döyünməsinə səbəb olan ürək xəstəliyi olan atrial fibrilasiyanın inkişaf ehtimalının olduğu aşkar edilmişdir. Atrial fibrilasiyanın simptomlarına ürək döyüntüsü, başgicəllənmə və nəfəs darlığı daxildir.

Stenford Universitetinin professoru, Sanjiv Narayan, "Nəfəs ala bilməyəndə ağciyərlərinizdə təzyiq yaranır və siz nəhayət təngnəfəs oyanırsınız. Bu, ürəkdə təzyiqə səbəb olur. Ürək otaqcıqlarının sıxılmasına  və qulaqcıqların fibrilasiyasına gətirib çıxarır, - deyə bildirib.

Böyük Britaniyanın Milli Sağlamlıq Xidməti (NHS), həmçinin simptomları yaxşılaşdırmaq üçün, xəstənin artıq çəkisi varsa, müntəzəm məşq etməsini və çəki atmasını tövsiyə edib. Həmçinin bildirilib ki, yan üstə yatmaq da yuxu apnesini (xoruldamaq) azaltmağa kömək edə bilər.

Aysel Şirinova

Oxşar Xəbərlər