DÜNYA ÖZ XƏBƏR

"Fənərbaxça"nın tribuna liderinə silahlı hücum - FOTOLAR

"Fənərbaxça"nın tribuna lideri Cem Gölbaşının içərisində olduğu avtomobilə silahlı hücum edilib.

32gun.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Məlumata əsasən bildirilib ki, hadisə gecə saatlarında Gölbaşı və onun dostlarının avtomobillə evə qayıtdıqları vaxt baş verib.

Hücumu həyata keçirən şəxslər tribuna liderinin 1-ci avtomobildə olduğu güman edərək uzun lüləli silahlarla atəş açmağa başlayıblar. 

Ümumlikdə, 2 avtomobildəki 5 nəfər xəstəxanaya çatdırılıb. Atəşin daha çox açıldığı maşında olan 2 şəxsin vəziyyətinin ağır olduğu bildirilib. Cem Gölbaşı isə yüngül xəsarətlər alıb.

Hücumdan sonra şübhəlilər sürətlə hadisə yerindən uzaqlaşıblar.

Ərazidəki kameralara baxış keçirilib. Şübhəlilərin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində işlər aparılır.

Aysel Şirinova

Fenerbahçe tribün liderine silahlı saldırı

Fenerbahçe tribün liderine silahlı saldırı

Oxşar Xəbərlər