DÜNYA ÖZ XƏBƏR

Ukrayna əsgərlərinə təlim keçən Qərb bu məsələdən narazıdır

Ukraynalı əsgərlərə təlim keçən Qərb hərbçiləri tərcüməçi probleminin yaşandığını deyiblər.

32gun.az-ın "Financial Times"a istinadən verdiyi xəbərə görə bildirilib ki, hərbi və texniki terminlərin tərcümə edilə bilməməsi  təlimlərə mane olur.

Təcrübəsiz ukraynalı əsgərlərini yetişdirən Almaniya hərbçiləri onlara 6 həftə ərzində cəbhə xəttində 1 tank idarə etməyi öyrətməli olduqlarını qeyd ediblər. Oxşar problem Danimarkada da yaranıb, burada 8 ukraynalı pilot və çoxlu sayda yardımçı heyət F-16 qırıcılarını idarə etmək üçün təlim keçib, lakin sözügedən problem səbəbilə proses ləngiyib.

Ötən ilin noyabrında ukraynalılara müxtəlif silahlar və taktikalar öyrətmək üçün işə başlamış Avropa İttifaqının çoxmillətli təlim missiyasının vitse-prezidenti Hollandiyalı Martin Bonn da “ Ən böyük çətinlik hərbi və texniki kontekstdə istifadə olunan sözlərin tərcüməsidir. Heç kimin gündəlik həyatda istifadə etmədiyi sözlər...", deyib.

Aysel Şirinova

Oxşar Xəbərlər