DÜNYA ÖZ XƏBƏR

Bu ölkədə qadın hərbçilərə mahnı oxumamaq qadağası qoyuldu

İsraildə qadın əsgərlərə mahnı oxumamaq qadağası qoyulub.

32gun.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə qadağaya səbəb bir qrup dindar kişi əsgərlərin qadın müğənnilərin oxuduğu mahnıların səslənməsindən narahat olması və musiqinin söndürülməsini tələb etmələri olub.

Əksəriyyəti qadınlardan ibarət təxminən 1000 nəfərlik qrup bazar günü Pardes Hanna-Karkurda yerləşən düşərgə 80 kazarmasının qarşısında nümayiş keçirərək  mahnı oxuyub, rəqs edib. Yolu bağlayan nümayişçilər əllərində “Bizi susdura bilməyəcəksiniz” yazılmış plakatlar qaldırıblar.

Aysel Şirinova

Oxşar Xəbərlər