Kubada İdaliya tufanına görə ölkədə həyəcan təbili çalılınıb, 8 min insan təxliyə edilib.
32gun.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə qısa müddətdə qasırğaya çevrilməsi gözlənilən "İdalia" tufanı artıq ölkə ərazisində yağıntılara səbəb olub.
Bundan əlavə, sürəti saatda 140 kilometrə çatan küləyin dəniz sahilində yüksək dalğalar yaradacağı və alçaq ərazilərdə dənizin daşmasına səbəb olacağı bildirilib.
Bugünədək qədər riskli bölgələrdə yaşayan 8 min vətəndaşın təxliyə edildiyi ölkədə bu rəqəmin yaxın saatlarda arta biləcəyi düşünülür.
Aysel Şirinova