Taylandda təhlükəsizlik qüvvələrinə silahlı hücum edilib, 3 polis ölüb, 5-i yaralanıb.
32gun.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə hadisə yerindən qumbara parçaları və 100-dən çox istifadə olunmuş tüfəng patronu aşkar edilib.
Hücum edənlər təhlükəsizlik qüvvələri tərəfindən təqib edilməməsi üçün hadisə yerinin yaxınlığında yerləşən 5 elektrik dirəyini bombalayaraq yolu bağlayıblar.
Səlahiyyətlilər şübhəlilərin axtarıldığı barədə məlumat paylaşıblar.
Aysel Şirinova