Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı Rusiya-Ukrayna müharibəsində həyatını itirən mülki şəxslərlə bağlı cari rəqəmləri açıqlayıb.
32gun.az xəbər verir ki, açıqlamada 24 fevral 2022-ci il və 27 avqust 2023-cü il tarixləri arasında 9 min 511 mülki şəxsin həyatını itirdiyi, 17 min 206 mülki vətəndaşın isə yaralandığı bildirilib.
Hesabatda təkcə Donetsk və Luqansk vilayətlərində 4220 nəfərin həyatını itirdiyi, 6183 nəfərin yaralandığı açıqlanıb. Həyatını itirən 2 min 115 nəfərin, yaralananların 2 min 999 nəfərinin Rusiyanın nəzarətində olan bölgələrdən olduğu bildirilib.
Aysel Şirinova