Fast food zənciri "Burger King" reklamlarında burgerlərini olduğundan böyük göstərərək müştəriləri aldatmaqda ittiham olunur.
32gun.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Müştərilərin dediyinə görə, lövhələr üzərindəki ətlər 35 faiz böyükdür və sifarişdən sonra onlara çatdırılandan daha çox ət ehtiva edir.
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dairə Hakimi Roy Altman Burger King-in iş üzrə apellyasiya şikayətini rədd edib və şəbəkəyə özlərini müdafiə etmələri şansı yaradıb.
Açıqlamada, onlara qarşı şikayət qaldıran müştəri iddialarının yalan olduğunu vurğulayan Burger King, “Reklamlarımızda göstərilən qaynar alovda qızardılan mal əti köftələri bizim yeməklərimizdə istifadə etdiyimiz küftədir. Burgerlərin eynilə şəkildəki kimi olması zərurəti yoxdur", deyib.
Qeyd edək ki, "McDonalds" və "Wendys" də mövcud problemlə üz-üzədir. Onların tezliklə iddia qaldıracaqları bildirilib.
Aysel Şirinova
