İsrailin baş naziri Binyamin Netanyahunun Türkiyə ilə bağlı planı olduğu iddia edilib.
32gun.az xəbər verir ki, İsrail və ərəb mətbuatında məlumat yayılıb.
Məlumata əsasən İsrailin baş naziri Binyamin Netanyahu nazirlər qrupunda ölkənin təbii qaz ixracı ilə bağlı alternativləri qiymətləndirmək göstərişi verib və variantlardan birinin Türkiyə olduğunu açıqlayıb.
Bildirilib ki, Netanyahunun planları arasında Türkiyənin quru suları ilə təbii qaz kəmərinin çəkilməsi də onun gündəmində olub.
Yaxın Şərq mediası Türkiyənin illərdir bu kəmərin tikintisi üçün İsrailə təzyiq etdiyini, lakin İsrailin Yunanıstan və Rum tərəfinin reaksiyasından çəkindiyi üçün bu planı dayandırdığını bildirib. Bununla belə, Netanyahunun yaxın həftələrdə prezident Ərdoğanla görüşündə bu məsələnin gündəmdə olacağı deyilib.
Qeyd edək ki, Netanyahu iyulun 28-də Türkiyəyə gəlməyi planlaşdırıb, lakin sonradan bu səfər səhhətindəki problemlərə görə təxirə salınıb.
Aysel Şirinova