Türkiyədə ölkə gündəmini zəbt edən hadisə baş verib.
32gun.az xəbər verir ki, "Girne Anafartalar Liseyi"dən məzun olan hicablı tələbə ilə müəllimləri arasında qalmaqal yaşanıb. Müəllimlər tələbəyə hicabını açmayacağı təqdirdə diplom verməyəcəklərini bildiriblər. Liseydən qovulan qız bir müddət sonra geri çağırılıb. Bu dəfə isə müəllimlər tələbənin diplomunu verərək hicabını məcburi şəkildə çıxartmağa cəhd göstəriblər.
Hadisədən sonra gənc qız prezident Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğana məktub ünvanlayıb.
Ona dəstək olan liseyin müdir müavini Burcay Türkman məktəbdə baş verən hicab qalmaqalı ilə bağlı prezident Rəcəb Tayyib Ərdoğana məktub göndərib.
Aysel Şirinova
