Misirin Dekahliye vilayətində 170 il əvvəl tikilmiş tarixi Hilal bəy məscidi külə dönüb.
32gun.az xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər və mülki müdafiə qrupları göndərilib. Yanğın zamanı ölən və yaralananların olmadığı, yanğının söndürüldüyü bildirilib.
Yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verdiyi ehtimal edilir.
Qeyd edək ki, Hilal bəy məscidi özünəməxsus memarlıq xüsusiyyəti ilə Dekahliyenin ən əhəmiyyətli arxeoloji məscidlərindən biri kimi seçilir.
Aysel Şirinova