DÜNYA ÖZ XƏBƏR

Anbarda yanğın baş verib - 15 nəfər ölüb

Anbar kimi istifadə edilən 2 mərtəbəli evdə baş verən yanğında 15 nəfər ölüb, 3 nəfər yaralanıb.

32gun.az xəbər verir ki, hadisə Filippində baş verib.

Yerli mətbuatın məlumatına görə ölkədəki təbii fəlakətlər səbəbilə yanğınsöndürmə qrupları 14 dəqiqə gecikib. Hadisə zamanı təşviş içində ikinci mərtəbədən tullanan 3 nəfər xəsarət alaraq xəstəxanaya aparılıb.

Yanğının səbəbi hələlik məlum deyil.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Aysel Şirinova

Oxşar Xəbərlər