Türkiyənin məşhur müğənnisi Simge Sağın 30 Avqust Zəfər Bayramı münasibətilə təşkil olunmuş konsert tədbir üçün 4.5 metrlik xüsusi libas hazırlayıb.
32gun.az xəbər verir ki, müğənni 10-cu Yubiley Himnini oxuyarkən bir aya hazırladığı kostyumu səhnədə geyinib.
Hündürlüyü 3,20 metr, eni 4,5 metr olan kostyumu geyinməkdə müğənniyə 20 nəfərlik səhnə komandası kömək edib.
Müstəqillik Müharibəsini əks etdirən libas tam göründükdə tamaşaçıların alqış izdihamı səhnəni coşqulandırıb.
Aysel Şirinova