DÜNYA ÖZ XƏBƏR

Süni intellektdən yeni addım

"Google Meet" artıq süni intellektin işçilərin əvəzinə iclaslarda iştirakı sistemi yaradacaq.

32gun.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata əsasən şirkət bu yeniliyin tətbiqi üçün "Duet AI"-dan istifadə edəcək. 

"Duet AI"-ın ən böyük xüsusiyyəti iclasları izləmək və qeydlər aparmaq, daha sonra bu qeydləri ümumiləşdirmək üçün süni intellektdən istifadə edə bilən sistem olmasıdır. İclas başa çatdıqda sistem istifadəçilərinə görüş zamanı etdiyi qeydləri göndərəcək.

İstifadəçilər, ümumiyyətlə, iclasda iştirak etmək istəməsələr, “Mənim üçün qoşul” seçiminə klikləyərək süni intellekti öz adlarından görüşə göndərəcəklər. Belə olan halda işçilər, iclasda müzakirə olunanları da süni intellektdən öyrənəcəklər.

Aysel Şirinova

Oxşar Xəbərlər