Yaponiya Baş naziri Kişida Fumio vətəndaşları inandırmaq üçün balıq bazarını ziyarət edərək dəniz məhsulunu yeyib.
32gun.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Suyun təmiz olduğunu göstərmək üçün dəniz məhsulları yeyən Yaponiyanın baş naziri balıq yediyi balıq bazarına da baş çəkərək “Tullanılan nüvə sularının dənizə zərəri yoxdur” mesajını verib.
Qeyd edək ki, Fukusima Atom Elektrik Stansiyasından təmizlənmiş tullantı sularının Sakit okeana buraxılmasına ötən həftə başlanılıb. Yapon balıqçı qrupları və bəzi qonşu ölkələr buna etiraz etsə də, Çin Yaponiya dəniz məhsullarının bütün idxalını qadağan edib.
Aysel Şirinova
