Amerikalı keçmiş model Loni Uillison iqtisadi çətinliklər nəticəsində evsiz qalıb.
32gun.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Los-Anceles küçələrində görülən modelin üzündəki göyərmə və şişlər də diqqət çəkib.
Zibil qablarından yataq dəsti və əlavə paltar yığaraq yaşayan modelin bu halı pərəstişkarlarını kədərləndirib.
Loni Uillison Los-Ancelesdəki estetik cərrahiyyə mərkəzində assistent kimi işlədiyi və 2016-cı ildə psixi pozğunluq keçirdiyi deyilib. Modelin səhhətindəki ciddi problemdən sonra işini, mənzilini və avtomobilini itirərək küçələrdə yaşamaq məcburiyyətində qaldığı iddia edilib.
Aysel Şirinova



