DÜNYA ÖZ XƏBƏR

Avqustun 22-si həbs olunan sabiq baş nazirin əfv tələbi qəbul edildi - Cəzası 1 ilə endirildi (FOTO)

Tayland kralı Maha Vajiralonqkorn 15 illik sürgündən sonra bu yaxınlarda ölkəsinə qayıdan və birbaşa həbsxanaya salınan keçmiş baş nazir Taksin Şinavatranın əfv xahişinə cavab verib.

32gun.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə Kral Maha hələ də ölkənin "ən məşhur siyasətçisi" olan və 2006-cı ildə hərbi çevriliş nəticəsində vəzifəsindən uzaqlaşdırılan 74 yaşlı Taksinin 8 illik həbs cəzasını 1 ilə endirib.

"Həqiqət budur ki, o, ölkəsinin və xalqının rifahı üçün çalışan baş nazir olub. O, ölkəsi və xalqı üçün yaxşı işlər görüb və monarxiyaya sadiq qalıb", - kral qəzetinin rəsmi bəyanatında deyilir. 

Bəyanatın davamı olaraq, "O, prosesə hörmətlə yanaşdı, günahını etiraf etdi, tövbə etdi, məhkəmə qərarlarını qəbul etdi. Artıq qocalıb və həkimlərin qayğısına ehtiyacı olan bir xəstəliyi var" ifadələrinə yer verilib.

Xatırladaq ki, avqustun 22-də şəxsi təyyarəsi ilə Dubaydan Taylanda qayıdan milyarder iş adamı və keçmiş baş nazir cəzasını çəkmək üçün həbsxanaya köçürülüb.

Lakin ilk gecə döş qəfəsində ağrılar və yüksək təzyiq səbəbindən polis xəstəxanasına aparılıb.

Aysel Şirinova

Oxşar Xəbərlər