DÜNYA ÖZ XƏBƏR

Trampın məhkəmə prosesi "youtube"da canlı yayımlanacaq

Donald Trampın məhkəməsində hakim Corciya ştatında keçiriləcək iclasın canlı yayımlanmasına qərar verib.

32gun.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə ABŞ-ın keçmiş prezidenti Donald Trampın bütün dinləmələrini Fulton Rayon Məhkəməsinin "YouTube" kanalında canlı izləmək olacaq.

Məlumata əsasən "Fulton County" məhkəmələrindəki bütün dinləmələr adətən canlı yayımlanır, lakin bu, Trampın yayımlanacaq dörd məhkəməsindən birincisidir. Yerli medianın fikirlərinə görə məhkəmə prosesinin son illərdə ən çox izlənilən iş olacağı gözlənilir.

Məhkəmənin vaxtı hələ müəyyən edilməyib.

Qeyd edək ki, Trampla yanaşı, daha 18 nəfər Corciya ştatında 2020-ci il prezident seçkilərinin nəticələrini dəyişdirməkdə ittiham olunur.

Aysel Şirinova

 

Oxşar Xəbərlər