Rusiyada məktəblərin başlamasına sayılı günlər qalmış müharibə əleyhinə təhlükəsizlik tədbirləri görülür.
32gun.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata əsasən Rusiyanın Belqorod şəhərində, Ukrayna sərhədi yaxınlığındakı təhsil müəssisələrində artıq sözügedən mövzuda addımlar atılıb.
Belə ki, artırılmış təhlükəsizlik tədbirləri çərçivəsində şəhərdəki 15 saylı məktəbin pəncərələri zirehli folqa ilə örtülüb, zirzəmilərdə isə qum torbalarından istifadə edilib.
Könüllü vətəndaşlar da bu prosesə dəstək verərək məktəblərə axın ediblər.
Aysel Şirinova



