4 nəfər qatar vurması nəticəsində həyatını itirib.
32gun.az xəbər verir ki, hadisə Barselona şəhərində baş verib. Məlumata əsasən piyadalar üçün ayrılan ərazidə 7 nəfərlik qrupun relsləri keçməsi qəzanın baş verməsinə səbəb olub.
Yerli hökumət rəsmiləri qəzada ölənlərin konsertə getmək üçün qatar relsini keçməyə çalışan bir qrup gənc olduğunu deyiblər.
Qəza nəticəsində sərnişinlərin avtobuslarla daşındığı və R3 şəhərətrafı qatar xəttinin müvəqqəti bağlandığı bildirilib.
Aysel Şirinova