DÜNYA ÖZ XƏBƏR

Bayden çətin vəziyyətdə - Mikrafonu SÖNDÜRÜLDÜ (VİDEO)

ABŞ prezidenti Co Baydenin Vyetnamda keçirdiyi mətbuat konfransında çıxışı zamanı mikrafonun səsi kəsilib.

32gun.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə mikrafonu söndürülən prezident nitqinə davam etsə də onun səsi eşidilməyib.

Mövcud vəziyyətdə 80 yaşlı ABŞ prezidentinin sözçüsü Karine Jean-Pierre dərhal gərginliyi azaltmağa çalışaraq, "Hamınıza təşəkkür edirəm. Mətbuat konfransımız başa çatdı",- deyib.

Daha sonra Bayden caz musiqisinin müşayiəti ilə səhnəni tərk edib.

Xatırladaq ki, bənzər hadisə 2021-ci ildə prezidentin Ağ Evdə çıxışı zamanı da baş vermişdi.

Aysel Şirinova

Oxşar Xəbərlər