SOSIAL ÖZ XƏBƏR

Rektor vergi borcu olan şirkətlə 309 min AZN-lik müqavilə bağladı - FOTOFAKT

Xəbər verdiyimiz kimi, Azərbaycan Texniki Universiteti (AzTU) Cari təmir işləri ilə bağlı mal-materialların satınalınması ilə bağlı elan etdiyi tenderin qalibi olan "MASTER-OFİS" MMC olub.

Tərəflər arasında artıq müqavilə imzalanıb.

32gun.az bildirir ki, tenderin məbləği 308.794,73 AZN-dir.

Əldə etdiyimiz məlumata görə, qalib şirkətin dövlətə vergi borcu üzə çıxıb. Əldə etdiyimiz məlunata görə, "MASTER-OFİS" MMC-nin 12837.28 AZN vergi borcu mövcuddur.

Tenderə əsasən universitet Duş aftafa, arko kran, Kran uzun (su qarışdırıcı), Radiator panel tipli, Elastik şlanq, sifon qarmoşka, Radiator ventili , və.s alınır.

Bildirək ki, nizamnamə kapitalı 50 AZN olan "Master -Ofis" şirkətinin qanuni təmsilçisi MİRZƏ BAĞIROV ZAKİR oğludur. 

Xatırladaq ki, AzTU-nin rektoru Vilayət Vəliyevdir.

Ayxan 

Oxşar Xəbərlər