SİYASƏT

Milli Məclis Əli Əsədovun yenidən Baş nazir olmasına razılıq verdi - YENİLƏNİB

Milli Məclisin bu gün keçirilən plenar iclasında Əli Əsədovun yenidən Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verilib.

"32gun.az" xəbər verir ki, deputatlar Ə.Əsədovun indiyədək olan fəaliyyətini müsbət qiymətləndiriblər.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

***10:06

Milli Məclisin bu gün keçirilən iclasında Əli Əsədovun yenidən Baş nazir təyin edilməsinə razılıq verilməsi məsələsi müzakirəyə çıxarılıb.

"32gun.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu vəzifəyə namizədliyi irəli sürülüb.

***09:41

Bu gün Milli Məclisin plenar iclası keçiriləcək.

"Unikal"ın əldə etdiyi məlumata görə, iclasda Prezident İlham Əliyevin təqdimatına əsasən Əli Əsədovun Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verilməsi barədə məsələ müzakirə ediləcək.

Qeyd edək ki, Milli Məclisin iclası saat 10:00-da başlayacaq.

Oxşar Xəbərlər