SİYASƏT ÖZ XƏBƏR

Ermənistan və Azərbaycan Qazaxıstanda danışıqlarda iştirakını təsdiqləyib

Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib ki, Ermənistan və Azərbaycan Qazaxıstanda danışıqlarda iştirakını təsdiqləyiblər.

32gun.az bildirir ki, bu barədə RİA Novosti məlumat yayıb .

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar Almatıda keçiriləcək. Hər iki tərəf iştirakını təsdiqləyib. Tədbirin vaxtı əlavə olaraq açıqlanacaq”, - deyə Smadiyarov bildirib.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Bakı və İrəvana son səfərləri zamanı  tərəflərə danışıqlar üçün platforma təklif edib.

Bundan əvvəl Smadiyarov bildirib ki, Qazaxıstanda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün sonuncunun nümayəndələrinin vasitəçi qismində iştirakı olmadan baş tutacaq.
Ayxan 

Oxşar Xəbərlər