MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Məşhur müğənni qızının itkin düşdüyünü bildirib

Rusiyalı müğənni Lyubov Uspenskaya qızı Tatyana Plaksina'nın yoxa çıxdığını bildirib. Sənətçi onun qaçırıla biləcəyindən şübhələnir. 

32gun.az bildirir ki, Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin özünün Telegram kanalında müğənninin özü kömək üçün ona müraciət etdiyini bildirib.

Uspenskayanın sözlərinə görə, qızı beş gündür ki, əlaqə saxlamır.

Borodin hesab edir ki, Uspenskayanın qızı müğənninin LPR və DPR-də verdiyi konsertlərə görə oğurlana bilərdi. İctimai fəal təhlükəsizlik qüvvələrinə müraciət edib.

Ayxan 

Oxşar Xəbərlər