Çin avtomobil istehsalçısı JAC və texnologiya nəhəngi "Huawei"dən Maextro markasının ilk avtomobili S800 zavod indeksini alıb. 32gun.az bildirir ki, bu barədə CarNewsChina yazıb.
Bildirilib ki , avtomobil Maybach və Rolls-Royce məhsulları ilə rəqabət aparacaq.
"Çin mediası faktiki uzunluğun 5,5 metrdən çox, təxminən 5,480 millimetr olacağını gözləyir. Bu o deməkdir ki, avtomobil ölçülərinə görə D+ sinifinə çatır və Maybach və Rolls-Royce Ghost-un S sinif versiyası ilə müqayisə edilə bilər. Fərq, əlbəttə ki, S800-ün tam elektriklə təchiz olunmasıdır”, - deyə məlumatda qeyd edilib.
Məlumdur ki, avtomobil eyni anda dörd korporativ loqo alacaq: ön və arxa emblemlərdən əlavə, yanlarda ikisi var. S800-ün 2025-ci ilin yazında satışa çıxarılacağı və yeni tikilmiş JAC zavodunda istehsal ediləcəyi gözlənilir. Şirkətin bu sedanlardan ildə 35 min ədəd istehsal edəcəyi gözlənilir.
Nilay