Almaniya , Fransa və digər ölkələrdən olan beynəlxalq astronomlar qrupu bu günə qədər qeydə alınan ən intensiv kosmik şüaları aşkar ediblər.
Elm adamları onların bəzi mənbələrinin Yerə nisbətən yaxın yerləşdiyindən şübhələnirlər, baxmayaraq ki, belə radiasiyanın dəqiq nədən əmələ gəldiyi hələ məlum deyil.
32gun.az bildirir ki, tədqiqat Physical Review Letters (PRL) elmi jurnalında dərc olunub.
Kosmik şüalar ulduzlar, fövqəlnova partlayışları, pulsarlar və digər naməlum mənbələr tərəfindən əmələ gələn yüksək enerjili hissəciklərdir.
Komanda 40 teraelektronvolt (TeV) kimi yüksək enerjilərdə müşahidə olunan şüaları qeydə alıb ki, bu da görünən işığın enerjisindən 40 000 dəfə çoxdur.
“Biz belə nəticəyə gələ bilərik ki, ölçülmüş kosmik şüa elektronları çox güman ki, öz Günəş Sistemimizin bilavasitə yaxınlığındakı çox az mənbədən yaranır. Onlar bir neçə min işıq ilindən çox deyil, bizim qalaktikamızın ölçüsü ilə müqayisədə çox kiçik bir məsafə kimi görünür”, - Potsdam Universitetinin eksperimental hissəcik astrofizikası bölməsinin rəhbəri Katrin Eqberts bildirib.
Tədqiqatçıların fikrincə, bu cür güclü radiasiya çox güman ki, nisbətən köhnə fövqəlnovalardan və ya hidrogenlə zəngin qabıqları ulduz küləkləri tərəfindən uçurulan kütləvi ulduzların çılpaq nüvələrindən gəlir.
Nilay