DİGƏR ÖZ XƏBƏR

Alimlər hansı növ yuxunun beyin fəaliyyətini yaxşılaşdırdığını aşkar ediblər

Uilyam Marş Rays Universitetinin ( ABŞ ) alimləri müəyyən ediblər ki, yavaş-dalğalı yuxu fazası (NREM) beynə informasiyanı daha səmərəli şəkildə emal etməyə və vizual tapşırıqların öhdəsindən gəlməyə kömək edir..

32gun.az xəbər verir ki, araşdırmanın nəticələri “Science” jurnalında dərc olunub.

Tədqiqatçılar qrupu NREM (qeyri-REM) yuxusunun beyin funksiyasına təsirini öyrənmək üçün makaka meymunları üzərində bir sıra təcrübələr aparıb. Təcrübə zamanı heyvanlardan 30 dəqiqəlik qısa yuxudan əvvəl və sonra vizual obyekt tanıma tapşırıqlarını yerinə yetirmələri istənilib.

Yuxu zamanı elm adamları beynin üç əsas bölgəsində neyronların aktivliyini qeyd etdilər: ilkin vizual korteks, orta görmə qabığı və dorsolateral prefrontal korteks. Multielektrod massivlərinin istifadəsi minlərlə neyronun fəaliyyətini dəqiq izləməyə imkan verib. 

Tədqiqatın nəticələri göstərdi ki, yatmağa vaxtı olan makaka meymunları vizual tapşırıqlar üzrə performanslarını xeyli yaxşılaşdırıblar. Sakit oyaqlıq vəziyyətində olan heyvanlarda belə dəyişikliklər müşahidə olunmayıb. 

Bundan əlavə, alimlər yuxu zamanı aşağı tezlikli delta dalğalarının aktivliyinin artdığını və beyin qabığının müxtəlif hissələrində neyronların işinin sinxronizasiyasını qeyd ediblər. Oyandıqdan sonra neyronlar daha avtonom işləməyə başladı, bu da məlumatların işlənməsini yaxşılaşdırıb. 

Alimlər, eyni zamanda, görmə qabığının aşağı tezlikli elektrik stimullaşdırılmasından istifadə edərək, oyaq heyvanlarda oxşar təsirin təkrarlana biləcəyini tapdılar. Bu kəşf, yuxu çatışmazlığının ümumi problemə çevrildiyi müasir həyatda faydalı ola biləcək adekvat yuxuya ehtiyac olmadan idrak funksiyasını yaxşılaşdırmaq üçün üsulların inkişafına ümid verir.

Nilay 

Oxşar Xəbərlər