İDMAN ÖZ XƏBƏR

“Legiya” klubu Qırmızı Ordu ilə bağlı pankartdan şikayət edib

Polşanın “Legiya” futbol klubu Kipr Omoniyasının azarkeşlərinin Qırmızı Ordu tərəfindən Varşava şəhərini azad etməsi ilə bağlı asdıqları pankartla bağlı Avropa Futbol Assosiasiyaları İttifaqına ( UEFA ) şikayət edib.

32gun.az bildirir ki, bu  barədə klubun rəsmi saytı məlumat yayıb. 

“Omoniya azarkeşlərinin dünənki matçda təqdim etdiyi qalmaqallı pankart həqiqəti təhrif etmək məqsədi daşıyırdı. Klub və Varşava və Polşanın azadlığı uğrunda mübarizədə canlarını fəda edən insanlar adından matçdan dərhal sonra UEFA ilə əlaqə saxladıq”, - Polşa klubu bildirib.

Oyundan əvvəl Omoniya azarkeşləri üzərində “17/01/1945 Qırmızı Ordu Varşavanı azad etdi” yazılmış pankart asmışdı. Görüş 3:0 hesabı ilə "Legiya"nın xeyrinə başa çatıb.

Ayxan 

Oxşar Xəbərlər