İDMAN ÖZ XƏBƏR

Messi dünyanın ən yaxşı gənc futbolçusunun adını açıqlayıb

Səkkiz qat “Qızıl top”un sahibi, argentinalı hücumçu “İnter Mayami”nin futbolçusu Lionel Messi yeni nəslin ən yaxşı futbolçusunun adını açıqlayıb. 

32gun.az bildirir ki, o bu barədə "Football Espana"a açıqlama  verib. 

“İndiki gənc futbolçuları bəyənirəm, onları qarşıda çox şey gözləyir. Təbii ki, Lamin Yamal haqqında eşitmişəm. O, artıq yaxşı çıxış edir və əminəm ki, onu parlaq gələcək gözləyir”, - Messi bildirib.

Xatırladaq ki, oktyabrın 28-də Yamal ilin ən yaxşı gənc futbolçusu olub. 

Keçən il Yamal İspaniya millisinin tərkibində 2024-cü il Avropa çempionatının qalibi olub. Onun komandası final matçında İngiltərəni 2:1 hesabı ilə məğlub edib.

2024/25 mövsümündə Yamal "Barselona"nın heyətində bütün yarışlarda 20 oyun keçirib, bu oyunda altı qol vurub və on məhsuldar ötürmə edib.

Qeyd edək ki, ABŞ-nin “İnter Mayami” klubunun futbolçuları – Lionel Messi, Luis Suares, Serxio Buskets və Xordi Alba dekabrın 11-də Bakı Kristal Zalında baş tutan görüşdə iştirak ediblər.

Ayxan 

Oxşar Xəbərlər